Arsen Avakovun evində axtarış aparıldı

avakov

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, axtarış əməliyyatı Ukraynanın Təhlükəsizlik Xidməti və Dövlət Təhqiqatlar Bürosu tərəfindən həyata keçirilib.

Bildirilir ki, sözügedən əməliyyat Fransanın “Airbus” helikopterlərinin alınması ilə bağlıdır.

Məsələyə münasibət bildirən Avakov isə bunları deyib: “Helikopter qəzası ilə bağlı axtarışlar başa çatdı. “Airbus” helikopterinin alınması ilə bağlı 6 il əvvəlin müqavilələrinə baxdılar. Təbii ki, orada heç nə yoxdur. Müqavilələr hökumət və parlament tərəfindən təsdiq olunublar”.