Arazdəyəndə zavod atəşə tutulmayıb – MN

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

“İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.