a8c7a874 1d7c 39f0 b354 762541b560dc 850

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Globalinfo.az Ermənistan mediasına istinadla xəbər verir ki, tərəflər regional məsələləri müzakirə edib və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlara toxunublar.

Azərbaycanla münasibətlərin normallaşması prosesinə gəlincə, Mirzoyan uzunmüddətli danışıqlardan sonra razılaşdırılmış sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Həmçinin, müzakirə olunan məsələlərdən biri regional kommunikasiyaların açılması olub. Bu kontekstdə Mirzoyan Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan konkret təkliflərini diqqətə çatdırıb.

Bundan əlavə, Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar da görüşdə diqqət mərkəzində olub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: