“İsrael Hayom” nəşrinin məlumatına görə, Təl-Əviv Türkiyə ilə mümkün hərbi qarşıdurmanın nəticələrini, o cümlədən belə bir vəziyyətdə NATO-nun müdaxilə edib-etməyəcəyini araşdırıb.
İsrail həmçinin NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin necə işlədiyini və hansı hallarda tətbiq oluna biləcəyini öyrənib.
Məqalədə bildirilir ki, Türkiyənin NATO üzvü olması onun ölkə xaricində yerləşdirilən hərbi qüvvələrinin avtomatik olaraq Alyansın kollektiv müdafiəsi altında olması anlamına gəlmir.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəni hədəf seçib:
“Netanyahu ABŞ rəsmilərinin çağırışlarına cavab vermir. Görünür, rəsmi Vaşinqton İsrailin Türkiyənin əli ilə cəzalandırılmasında maraqlıdır. İsrail Yaxın Şərqdə ABŞ və Türkiyənin qurmaq istədiyi siyasi nizama qarşı çıxır.
İsrailin güclü hərbi hava qüvvələri var. Quru qoşunları isə Türkiyə ordusu ilə müqayisəyə gəlməz. Türkiyənin güclü quru qoşunları və hərbi hava qüvvələri var. Bütün hərbi potensialı ilə Türkiyə İsraildən güclüdür. Həmçinin Ankara İsrailə dəniz blokadası tətbiq edərək zərbələr endirə bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şamda və Qüdsdə namaz qılacağını açıq şəkildə bəyan etmişdi. Cənab Ərdoğanın bu bəyanatından sonra Suriyada Əsəd rejimini devirdi.

Məhəmməd Əsədullazadə
Göründüyü kimi, Türkiyə liderinin bəyanatları Yaxın Şərqin geosiyasi nizamını dəyişəcək bir mesajıdır. Ərdoğan kifayət qədər güclü və prinsipial liderdir. İsrailin Türkiyəyə qarşı gəlməsi və Fələstin dövlətinə qarşı çıxması, ABŞ Prezidenti Donald Trampın Sülh Şurasını qəbul etməməsi, prosesləri daha dərin böhrana aparır. Yaxın Şərqdə yeni Fələstin dövləti elan edilməli və buna görə Tramp “Nobel Sülh mükafatı” almalıdır. Məhz ABŞ lideri İsrailin əngəli ilə qarşılaşır.
İsrail Türkiyənin hərbi mövqeyinə zərbə vurarsa, Türkiyə ordusu Qüdsə daxil olub, Fələstin dövlətini elan edə bilər. Bununla da Ərdoğanın Qüdsdə namaz qılması bəyanatının reallaşması mümkündür.
Yaxın Şərqdə rol Türkiyəyə verilib. “Məkkə sazişi”nə ABŞ dəstəyi bu müstəvidədir.
Türkiyə Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə gücdür. Qərb də bu müstəvidə Ankaraya dəstək verir”.
Turan Rzayev
Globalinfo.az