Araik Arutyunyan “istefaya” hazırlaşır? – separatçılardan cavab

Araik Arutyunyan “istefa”ya getməyə hazırlaşmır.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların başçısının “mətbuat katibi” Lusine Avanesyan bildirib.

Qeyd edək ki, bir neçə gündür separatçıların başçısının yaxın çevrəsinə “istefaya getməyə” hazırlaşdığını söyləməsi barədə məlumat yayılırdı. Bu addımın səbəbi isə açıqlanmırdı.

Əliyar Xəlil
Globalinfo.az