İrəvanın mərkəzində yerləşən 2860 m²-lik torpaq sahəsi Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abrahamyanın “Consent Armenia” şirkətinin əlindən alınıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə torpaq sahəsi İrəvan şəhərinin balansına keçirilib.
Qərar bir ay sonra hüquqi qüvvəyə minəcək. Bildirilir ki, bu torpaqla bağlı qanunsuz özəlləşdirmə işi ötən il – 2023-cü ildə başlanıb.
Tahir Turan
Globalinfo.az