rusiya


Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin ABŞ Konqresində qəbulunun ləngiməsi ehtimal olunur.

Globalinfo.az xəbər verir ki, qanunvericilər layihənin ABŞ Prezidenti Donald Trampa geniş tarif tətbiq etmək səlahiyyəti verməsindən narahatdırlar.

Xüsusilə demokratlar və bəzi respublikaçılar hesab edirlər ki, bu səlahiyyətlər yeni ticarət məhdudiyyətlərinə və iqtisadi risklərə səbəb ola bilər.

Demokratlar layihəni “xaos və daha yüksək tariflər üçün resept” adlandıraraq, onun ABŞ-da inflyasiyanı sürətləndirə biləcəyini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl də ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu ilə bağlı razılıq əldə olunmadığı barədə məlumat yayılmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: