“Apple Watch 10” və “AirPods 4” təqdim olundu – QİYMƏTLƏR

ABŞ-ın “Apple” korporasiyası daha iki yeni məhsulunun təqdimatını keçirib.

Globalinfo.az xəbər verir ki, şirkət əvvəlki modellərlə müqayisədə ən incə korpusa (9,7 mm) və ən böyük ekrana malik yeni “Apple Watch Series 10” smart saatını təqdim edib.

Saa 50 m dərinliyə qədər suya batırıla bilər. Bu cihaz müxtəlif detektorlarla, o cümlədən sualtı istifadə üçün dərinlik ölçmə funksiyası ilə təchiz edilib.

Yeni versiyada yuxuda tənəffüs sisteminin pozulmasını aşkar etmək funksiyası da var.

Saatın 80%-ə qədər doldurulması təxminən 30 dəqiqə çəkir ki, bu da bütün əvvəlki versiyalardan daha sürətlidir. Batareya 18 saat işləməyə tab gətirir.

Təqdimat mərasimində, həmçinin yeni “AirPods 4” qulaqlıqları da nümayiş olunub. Standart qulaqlıq 129 dollar, aktiv səs-küyü azaldan versiya isə 179 dollara başa gələcək.

ABŞ-da yeni ağıllı saatın qiymətləri isə 399 dollardan başlayır, ilkin sifarişlər sentyabrın 9-dan start götürür.

“Apple Watch Series 10” və “AirPods 4” qulaqlıqları sentyabrın 20-də isə satışa çıxarılacaq.