2 30

Türkiyə Ukraynaya 70 ədəd M39 ATACMS ballistik raketi, 12 ədəd M270 reaktiv yaylım atəş sistemi, həmçinin on minlərlə kasetli sursat satıb.

Globalinfo.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin avqustun 6-da keçirilən iclasının rəsmi protokolunda məlumat verilib.

Söhbət ABŞ istehsalı silahlardan getdiyi üçün onların yenidən satılmasına ABŞ Dövlət Departamenti icazə verib.

Sənəddə qeyd olunur ki, bu silahların ilkin dəyəri 255,9 milyon dollar təşkil edib. Ukraynanın həmin silahları Türkiyədən neçəyə aldığı isə açıqlanmayıb.

Məlumata görə, Türkiyə Ukraynaya ümumilikdə aşağıdakı silahları satacaq:

ATACMS ballistik raketlərini və yüksək dəqiqlikli GMLRS raketlərini buraxa bilən 12 M270 MLRS qurğusu;

70 M39 ATACMS ballistik raketi;

“HIMARS” və M270 sistemlərindən buraxıla bilən 2524 ədəd M26 reaktiv mərmisi;

Sovet istehsalı 2S7 “Pion” özüyeriyən artilleriya qurğularında da istifadə oluna bilən 47 min ədəd M509A1 kasetli artilleriya mərmisi.

Sənəddə bildirilir ki, satış Türkiyənin köhnəlmiş silah ehtiyatlarından xilas olmaq istəyi nəzərə alınaraq həyata keçirilir.

Silahların Ukraynaya birbaşa tədarükünə Konqresdə yenidən satışla bağlı formal razılaşdırma prosedurları başa çatdıqdan dərhal sonra başlanması planlaşdırılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: