Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirildi – VİDEO

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

***

Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilir.

Globalinfo.az xəbər verir ki, Forum Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı ilə əlaqədar Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə Palatalar və Birjalar Birliyinin əməkdaşlığı ilə baş tutur.