tehran iran 1

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın nüvə proqramı ilə bağlı danışıqlarda əsas problemin texniki deyil, şərtlər və qarşılıqlı addımların ardıcıllığı məsələsi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Tehran prinsip etibarilə nüvə sazişi çərçivəsində tələb olunan öhdəlikləri yerinə yetirməyə hazır görünür və bu istiqamətdə ciddi konseptual maneə mövcud deyil.

Fidanın sözlərinə görə, tərəflər arasındakı əsas fikir ayrılığı İranın atacağı addımlar qarşılığında hansı təminatların veriləcəyi, prosesin necə həyata keçiriləcəyi və bunun hansı əlavə şərtlərlə müşayiət olunacağı ilə bağlıdır.

Nazir vurğulayıb ki, danışıqlarda ən həssas məqam öhdəliklərin hansı ardıcıllıqla icra ediləcəyi və tərəflərin bir-birindən nə gözlədiyidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: