ANAMA əməkdaşı minaya düşdü: araşdırma aparılır – YENİLƏNİB

Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***15:34

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.

Agentlikdən Globalinfo.az-a bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

***13:55

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.

Globalinfo.az bildirir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, 2023-cü il 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.