Amerikalı milyarder qəzada öldü

70 yaşlı amerikalı milyarder Ceyms Kraun yarış yolunda baş vermiş qəza nəticəsində həyatını itirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CBS Nyus məlumat yayıb.

“Çikaqodan olan tanınmış milyarder Kolorado ştatında yarış magistralındakı qəzada ölüb”, – deyə bildirilib.

Məlumata görə, milyarder döngədə idarəetməni itirib və maneəyə çırpılıb.