Almaniyadan sülh açıqlaması: “Tarixi fürsət var”

“Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Ararat Mirzoyanla dialoqunda Berlinin sülh prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. İndi dialoqun davam etdirilməsi son dərəcə vacibdir”, – deyə bəyanatda bildirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az