Almaniya Merkelin 7 il əvvəlki səhvini düzəldir

“Almaniya Çindən asılılığını mərhələli şəkildə azaltmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya maliyyə naziri Kristian Lindner deyib.

Onun sözlərinə görə, Çin bazarından qopmaq Avropanın ən böyük iqtisadiyyatında iş yerlərini azaldacaq.

Lindner Berlinin Çin strategiyası üzərində işlədiyini bildirib.

Qeyd edək ki, Çin Almaniyanın 2016-cı ildən əsas tərəfdaşıdır. Merkelin dönəmində yaradılan asılılıq siyasəti ABŞ-Çin münasibətlərinin gərginləşməsi fonunda Berlin üçün riskləri hər keçən gün bir qədər də artırır.

Aqşin
Globalinfo.az