Ərdoğandan Aİ-yə üzvlüyə namizəd ölkələrə pis xəbər

“Avropa İttifaqı namizəd ölkələrin üzvlüyünü gecikdirəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, namizəd statusunun verilməsi onların Avropa İttifaqına üzv olacağı anlamına gəlmir:

“Proses başlayacaq, lakin onlar da gecikəcək”.

Ərdoğan qeyd edib ki, Türkiyə Aİ üzvlüyünə digər dövlətlərlə müqayisədə daha hazırdır, lakin siyasi maneələr üzündən qapıda gözləməli olur.

Məlumat üçün bildirək ki, Türkiyə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara 2005-ci ildə başlayıb.