Aİ Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır – Mixalko

Avropa İttifaqı sülhün, inkişafın olduğu Azərbaycanı, Cənubi Qafqazı dəstəkləyir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O qeyd edib ki, Aİ bu istiqamətdə işə sadiqdir.

Sonda Aİ səfiri Azərbaycan xalqını qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.