WhatsApp Image 2026 01 03 at 09.27.45

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir.

Globalinfo.az bildirir ki, uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir.

Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş edib.

Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli anlar yaşayıblar.

Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.

WhatsApp Image 2026 01 03 at 09.27.43 6

WhatsApp Image 2026 01 03 at 09.27.43 1WhatsApp Image 2026 01 03 at 09.27.43 2

WhatsApp Image 2026 01 03 at 09.27.43 3WhatsApp Image 2026 01 03 at 09.27.44WhatsApp Image 2026 01 03 at 09.27.44 1WhatsApp Image 2026 01 03 at 09.27.44 2WhatsApp Image 2026 01 03 at 09.27.44 4WhatsApp Image 2026 01 03 at 09.27.45 1WhatsApp Image 2026 01 03 at 09.27.45 2

 

Paylaş: