Ağsuda ağır qəza: 10 nəfər yaralandı – ADLAR / YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Malik Səlim oğlu Abdıyev, hər iki avtomobilin (digər avtomobil “Mercedes”dir – red) sərnişinləri – 33 yaşlı Afaq Nizaməddin qızı Osmanlı, 63 yaşlı Nəzakət Alməmməd qızı Qurbanova, 65 yaşlı Kamil Musaxan oğlu Abbasov, sürücünün 7 yaşlı qızı Səma Malik qızı Abdıyev, 57 yaşlı Gülüş Salman qızı Abbasova və 31 yaşlı Afət Nizaməddin qızı Abdıyevadır.

Fakt araşdırılır.

***

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Fakta bağlı araşdırma aparılır.