Bərdədə ağır yol qəzasında ölən və yaralananlar var

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Bərdə rayonu Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobili ilə VAZ” 21011 markalı avtomobil toqquşub. Nəticədə VAZ markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Cavanşir Məstan oğlu Məmmədov hadisə yerində həyatını itirib. Digər “Mersedes” markalı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Nürəddin Qarayev isə müxtəlif bədən xəsarətləri alaraq Bərdə Diaqnostika mərkəzinə çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır

Faktla bağlı araşdırma aparılır.