66b6842d3df4866b6842d3df49172323742066b6842d3df4566b6842d3df47

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VGV U75 Plus” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Paylaş: