6a40ce934c8bb6a40ce934c8bc17826320836a40ce934c8b96a40ce934c8ba

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı mikroavtobus “Niva” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.

Paylaş: