Ağdam rayonunda qadın bir neçə gün əvvəl ev quşlarına verilən dərmandan zəhərlənib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüdlü Elnarə Bədəlova bu gün Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib.