ag ev

Ağ Evin mətbuat katibi Kerolin Livitin atışmadan əvvəl çıxışı heyrətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” xatırlatma edib.

Belə ki, Kerolin Livit ABŞ Prezidenti Donald Trampa qarşı son sui-qəsd cəhdindən qısa müddət əvvəl bunları deyib:

“Bu gecəki çıxış klassik Trampın çıxışı olacaq – gülməli, əyləncəli. Bu gecə otaqda atəş səsləri eşidiləcək, ona görə də hamı qulaq asmalıdır”.

Qeyd edək ki, 25 aprel axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının “Vaşinqton Hilton” otelində keçirilən qala şam yeməyi zamanı atışma baş verib.

Bu, Trampa qarşı yeni sui-qəsd cəhdi hesab olunur. Hadisə baş verən zaman prezident, birinci xanım və vitse-prezident Ceyms Di Vens də daxil olmaqla, əsas kabinet üzvləri ilə birlikdə otaqda idi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: