AFFA bu komandanı liqadan kənarlaşdırdı

“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

Globalinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bununla da klub I Liqadan kənarlaşdırılıb.

Nəticədə cari mövsüm I Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq.

Qeyd edək ki, “İrəvan” kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.