Aeroport yolunda qəza olub – VİDEO

Heydər Əliyev prospektinin aeroport yolu kimi tanınan hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun mərkəz istiqamətində olan hissəsində baş verib

Belə ki, 99-LY-539 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobil qəza törədib.

Qəza zamanı ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Qəza yerindən görüntüləri təqdim edirik: