Aeroport yolunda dəhşətli qəza – VİDEO/YENİLƏNİB

Aeroport şosesinin Suraxanı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, 99-NN-906 dövlət nömrə nişanlı AzSamand markalı minik avtomobili qəza edərək arxası üstə aşıb.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb, təcili tibbi yardım briqadası onu xəstəxanaya aparıb. Qəzada ölən və ağır yaralanan olmayıb. Avtomobil isə yararsız hala düşüb.

Zaira Akifqızı