Çayda meyiti tapılan Adilə Mehdiyevanın son görüntüsü – VİDEO

News24.az Adilə Mehdiyevanın ən son görüntülərini əldə edib.

Görüntülərdə onun dekabrın 17-də axşam saatlarında övladı ilə birgə yaşadığı ünvanı tərk etdiyi görünür.

Həmin görüntüləri təqdim edirik:

***

Polşada itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Onun cansız bədəni Oder çayında su polisi tərəfindən aşkarlanıb.

İki aylıq körpəsinin taleyi barədə məlumat yoxdur.

Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.