MOAJCJ4CE5OJ7J73OOIHXP5VEY

Floridada yerləşən universitetlərdən birində baş verən silahlı insident nəticəsində beş nəfərin həlak olduğu, dörd nəfərin isə yaralandığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli “WFTV9” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hücumda iki silahlı şəxs iştirak edib. Onlardan biri hadisə yerində zərərsizləşdirilərək saxlanılıb, digəri isə öldürülüb.

Lakin bəzi digər nüfuzlu ABŞ mediası, o cümlədən “CNN” və “NBC News” hələlik ölüm faktını təsdiqləmir. Onların yaydığı məlumata görə, azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri kritik vəziyyətdədir.

Hazırda insidentin səbəbləri və hücum edənlərin motivləri araşdırılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: