“ABŞ Ukraynanı “qırıcı eskadrilya” ilə təmin etməyə borcludur”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, ABŞ təhlükəsizlik razılaşmasının bir hissəsi olaraq Ukraynaya “qırıcı eskadrilya”lar verməlidir.
“Müqavilə “Patriot” və “qırıcı eskadrilyalar”la yanaşı “F-16” ilə bağlı müddəaları da özündə ehtiva edir”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, daha öncə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO və Ukrayna hərbi-texniki əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyib. Lakin təşkilatın baş katibi heç bir təfərrüat açıqlamayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az