ankara baki kollaj scaled 1 900x487 1

Türkiyədə keçirilən COP31 Liderlər Sammitində Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tədbirə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da qatılıblar.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, COP tədbirləri qlobal iqlim problemlərinin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədilə təşkil olunan bu tədbirlərin artıq 31-cisi qardaş Türkiyədə keçirilir. Azərbaycanda isə COP-un 29-cu tədbiri təşkil olunmuşdu. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan iqlim dəyişikliklərinə səbəb olan amillərin aradan qaldırılması istiqamətində ciddi addımlar atan və COP-un tələblərini yerinə yetirməyə çalışan qabaqcıl ölkələrdən biridir. Elə COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerji mübadiləsi, ətraf mühitə zərər vuran enerji mənbələrinin aradan qaldırılması ilə bağlı anlaşma da imzalanıb”.

hikmet babaoglu 900x615 2

Hikmət Babaoğlu

Deputat bildirib ki, İlham Əliyev COP31-ə, əslində, COP29 çərçivəsində əldə edilmiş təcrübə ilə qatılıb:

“Türkiyə tərəfi də bəyan edir ki, qardaş ölkə COP29-un təcrübəsindən yararlanır. Həqiqətən də, Azərbaycanda keçirilən COP29 iqlim konfranslar tarixində xüsusi mübarizə metodlarının tətbiqi və bu istiqamətdə maksimum maliyyə vəsaitinin səfərbər edilməsi ilə yadda qalıb. Buna görə də hesab edirəm ki, Azərbaycan Prezidenti qardaş ölkədə arzuolunan qonaqdır. Ümumilikdə, Azərbaycan COP tədbirlərinin təşkili və keçirilməsi sahəsində xüsusi təcrübəyə malik ölkədir”.

Xatırladaq ki, COP29 11–22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilib.

Ləman İmran
Globalinfo.az

Paylaş: