Ərdoğan Rusiyada ilin siyasətçisi seçildi

Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.

Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:

“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”.