rezayi

“İran ABŞ tərəfindən yeni hücum olacağı təqdirdə cavab zərbələri endirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

“ABŞ-ın istənilən yeni hücumu cavab zərbələri ilə qarşılanacaq. Buraya ABŞ-ın uzaq məsafədə yerləşən hərbi bazalarına endiriləcək zərbələr də daxildir”, – deyə o qeyd edib.

Rezayi həmçinin bildirib ki, zənginləşdirilmiş uran İranın milli sərvətidir və ölkənin daxili ehtiyacları üçün nəzərdə tutulub.

Buna görə də Tehran uranın ölkə hüdudlarından kənara çıxarılmasına razı olmayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: