“COP31 hazırda dünyanın diqqət mərkəzindədir. 196 ölkənin iştirakı və 300-dən çox nazirin bu tədbirə qatılması onun miqyasını və əhəmiyyətini göstərir. Azərbaycan bu tədbirdə dörd enerji layihəsi ilə çıxış edir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ARB 24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, COP31 Azərbaycan üçün olduqca mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq tədbir çərçivəsində irimiqyaslı enerji layihələrini təqdim etmək imkanı əldə edir.
Cavanşir Feyziyev vurğulayıb ki, COP31 həm də Bakıda keçirilən COP29 zamanı razılaşdırılmış layihələrin həyata keçirilməsini sürətləndirə bilər.
Daha ətraflı videoda:
