
ABŞ Yəmənin paytaxtı Sanada husilərin silah anbarlarına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” kanalı məlumat yayıb.
ABŞ Hava Qüvvələri Yəmənin paytaxtı Sanaya ardıcıl zərbə endirib. Yaşayış evinə tuş gələn zərbələr zamanı sakinlər arasında azı 4 nəfərin öldüyü və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, sözügedən şəhərə “Ansar Allah” hərəkatının üsyançı qruplaşması olan husilər tərəfindən nəzarət edilir.
Aysel Əliyeva
Globalinfo.az