ABŞ polkovnikindən ŞOK açıqlama: NATO Ukraynaya görə parçalanacaq

“Əgər Ukrayna münaqişəsi tezliklə başa çatmasa, bir il sonra NATO parçalanmağa başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş qərərgah rəisi, istefada olan palkovnik  Lourens Uilkerson deyib.

“Münaqişə uzanarsa və Vaşinqton məsələnin həlli üçün heç bir addım atmasa bu gerçəkləşəcək. Çox keçməmiş, 12-15 aya NATO-nun dağılmağa başladığını görəcəyik. Son ictimai rəy sorğularında Qərb ölkələrinin əhalisinin Ukrayna ilə bağlı siyasətdən narazı olduğu görünür”-deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az