WhatsApp Image 2026 03 26 at 16.40.25

Rəsmi Tehran əldə olunan atəşkəs rejimindən istifadə edərək dağıntılar altında qalan raket bazalarını bərpa etməyə çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın müxalif media qurumlarında məlumat yayılıb.

Belə ki, dağıdılmış ərazilərdə texnika və xüsusi qrupların fəaliyyət göstərdiyi iddia olunur.

Məlumatda bildirilir ki, bu addımların məqsədi zərər görmüş hərbi infrastrukturun qısa müddətdə yenidən işə salınmasıdır. Müxalif mənbələr hesab edir ki, İran bu yolla mümkün yeni qarşıdurmalara hazırlaşır.

Rəsmi Tehran isə hələlik bu iddialara münasibət bildirməyib.

969176 src

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: