Zelenski “Soyuq Müharibə” haqqında seriala çəkildi

Ukrayna Prezidenti Vladimir Zelenski Soyuq Müharibə haqqında sənədli serialda rol alıb.

Globalinfo.az xəbər verir ki, Netflix yayım platforması Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə “Tipping Point: The Bomb and the Cold War” sənədli filminin treylerini yayımlayıb.

Videonu Netflix YouTube kanalında izləmək mümkündür.

Doqquz seriyadan ibarət layihədə soyuq müharibənin tarixi, nüvə bombasının yaradılması və Ukraynanın işğalı prosesi göstəriləcək.

Rejissor Brayan Kippenberqerin fikrincə, Ukraynadakı müharibənin demək olar ki, hər bir fraqmenti soyuq müharibənin əks-sədasıdır. Treylerin üz qabığı Zelenski ilə müsahibədən seçilib.

Qeyd edək ki, sənədli serial martın 12-də təqdim olunacaq.

Əliyar Xəlil
Globalinfo.az