ABŞ-ın fevralın 28-də İranda başlatdığı “Epik Qəzəb” əməliyyatı başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən mətbuat konfransında məlumat verib.
Rubionun sözlərinə görə, əməliyyat qarşıya qoyulan məqsədlərə nail olduqdan sonra yekunlaşdırılıb:
“Prezident Konqresə məlumat verən kimi biz bu mərhələni başa vurduq. Artıq ‘Azadlıq Layihəsi’ əməliyyatına başlamışıq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar günü Hörmüz boğazında digər ölkələrə məxsus gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azadlıq Layihəsi” əməliyyatının başladığını elan edib.
Pentaqon rəhbəri Pit Heqset isə açıqlamasında vurğulayıb ki, yeni əməliyyat əvvəlkindən fərqli olaraq ayrıca xarakter daşıyır.
Onun sözlərinə görə, “Azadlıq Layihəsi” müdafiə yönümlü, məhdud və müvəqqəti missiyadır.
Tahir Turan
Globalinfo.az