
“Rusiya müharibədə İrana kömək edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı artıq bəzi detal və texnologiyaların, o cümlədən dronlarla bağlı avadanlıqların ötürüldüyünü qeydə alıb.
Bununla yanaşı, Zelenski qeyd edib ki, hazırda İran Ukraynaya zərbələr endirmək üçün Rusiyaya raket və digər silahlar vermir:
“Ukrayna Yaxın Şərqdəki tərəfdaşlarına İranın “Şahed” dronlarına qarşı mübarizədə kömək etməyə hazırdır və lazım gələrsə, bu məqsədlə ekspertlər göndərə bilər”.
Safura Bənnayeva
Globalinfo.az