129327368 gettyimages 1247382950

“ABŞ-ın Ukraynaya son yardım paketi hərbi əməliyyatların gedişatını Kiyevin xeyrinə dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kalqari Universitetinin amerikalı mühafizəkar ekspertləri bildiriblər.

Ekspertlər hesab edirlər ki, Amerikanın yardımı müharibənin yekun nəticəsinə heç bir təsir göstərməyəcək.

“Onlar qazanmaq istəyirlər. ABŞ isə Ukraynaya hərbi yardım üçün milyardlarla vəsait xərcləyir. Axı Amerika niyə Rusiya ilə münaqişəyə cəlb olunur? Vaşinqton Ukraynanı daim silahla təmin edə bilməyəcəyini rəsmi Kiyevə izah etməlidir”, – ekspertlər vurğulayırlar.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: