herbi

Tayvan hökuməti indiyədək məxfi saxlanılan ABŞ ilə hərbi əməkdaşlığın bəzi detallarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbçiləri adaya döyüş təcrübəsinin paylaşılması və Çinlə mümkün münaqişəyə

“İctimaiyyət yalnız silah satışını görür. Əslində isə əməkdaşlıq çoxşaxəlidir və bundan daha geniş sahələri əhatə edir. ABŞ ilə hərbi mübadilə sayəsində böyük həcmdə praktiki döyüş təcrübəsi əldə etmişik”, – deyə Tayvanın müdafiə naziri Vellinqton Ku deyib.

Bununla yanaşı, Ku vurğulayıb ki, Tayvanın Çinlə mümkün münaqişə halı üçün hazırladığı planlarda ABŞ Silahlı Qüvvələrinin birbaşa iştirakı nəzərdə tutulmur.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ-ın Hind-Sakit Okean Komandanlığı isə Taybeyin bu açıqlamalarını şərh etməkdən imtina edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: