v

Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 6 125 nəfərə çatıb.

Globalinfo.az xəbər verir kii, bunu ölkə parlamentinin sədri Xorxe Rodriqes açıqlayıb.

Onun sözlərinə görə, zəlzələlərdən sonra xəstəxanalarda 60 992 nəfərə tibbi yardım göstərilib.

Rəsmi məlumatlara əsasən, mütəxəssislər 43 679 yaşayış binasını yoxlayıb. Onlardan 41 624-ünün zədələndiyi müəyyən edilib.

Zədələnmiş binalardan 25 325-i yaşayış üçün yararlı, 9 866-sında məhdudiyyətlə yaşamaq mümkündür, 6 433 bina isə yüksək riskli hesab olunub.

Qeyd edək ki, iyunun 24-də Venesuelada ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: