
REKLAM BANNERİ
ABŞ Prezidenti Donald Tramp İranla yaşanan gərginliyin sona yaxınlaşdığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Tramp çıxışı zamanı bildirib ki, İranla münaqişənin gedişatı Vaşinqtonun istədiyi istiqamətdə inkişaf edir.
Əlaqəli xəbər
Ərdoğan Pakistana getdi
“Venesuela ilə münaqişəmiz var idi və o, çox yaxşı başa çatdı. İndi isə İranla münaqişəmiz var və o da çox, çox yaxşı başa çatır”, – deyə ABŞ prezidenti vurğulayıb.
Bu açıqlama Trampın günün əvvəlində İranla danışıqlar aparılacağını bildirməsindən sonra səsləndirilib. Onun bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin gələcək inkişafı ilə bağlı diqqət çəkən mesaj kimi qiymətləndirilir.
Tahir Turan
Globalinfo.az