Kipr Kəşfiyyat Xidmətinin (KYP) rəhbəri Tasos Tsionisin Livana səfəri zamanı Hizbullah nümayəndələri ilə əlaqə saxladığı iddia olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzetinin yaydığı məlumatda bildirilib. Tsionis səfər çərçivəsində Livan Ordusunun komandanı general Rudolf Heikal, ölkənin hərbi kəşfiyyatının rəhbəri Toni Kahvaci, eləcə də Hizbullah rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirib.
Nəşr bildirir ki, görüşlərdə əsas müzakirə mövzularından biri Kipr və Livanın eksklüziv iqtisadi zonalarının delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanın qorunması olub. Məlumata əsasən, Tsionis tərəflərə bu razılaşmaya riayət edilməsinin vacibliyini çatdırıb.
Kipr Xəbər Agentliyinin (KYPE) məlumatına görə, Tasos Tsionisin Livana səfəri iyun ayında baş tutub. Agentlik qeyd edir ki, kəşfiyyat rəisi səfər zamanı müxtəlif tərəflərlə “bir sıra əlaqələr” qurub.
Tahir Turan
Globalinfo.az