ABŞ bir neçə ölkədə yerləşən beş diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bağlanacaq diplomatik nümayəndəliklər bunlardır:
Sent-Corc (Qrenada)
Naqoya (Yaponiya)
Medan (İndoneziya)
Duala (Kamerun)
Vinnipeq (Kanada).
“Reuters” qeyd edir ki, bu, ABŞ-ın hər hansı beynəlxalq böhranla əlaqəsi olmadan eyni vaxtda bir neçə xarici diplomatik obyektini bağladığı nadir hallardan biri olacaq.
Dövlət Departamenti bu planları birbaşa təsdiqləməsə də, ABŞ-ın xaricdəki diplomatik fəaliyyətini daha səmərəli və effektiv etmək istiqamətində çalışdığını bildirib.
Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp administrasiyasının xaricdə yerləşən təxminən 30 səfirlik və konsulluğun bağlanmasını nəzərdən keçirdiyi bildirilmişdi. Həmin diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrika ölkələrində yerləşir.
Əliyar Xəlil
Globalinfo.az