“Əgər ABŞ dəniz blokadasını davam etdirsə, Amerika hərbi gəmiləri üçün ciddi təhlükələr yaradacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini liderinin hərbi müşaviri Möhsün Rəzai “SNN” telekanalına müsahibəsində danışıb.
General əlavə edib ki, ABŞ ilə danışıqların bərpası üçün ilk növbədə Vaşinqtonun davranışı dəyişməlidir.
Onun sözlərinə görə, İslam Respublikasının irəli sürdüyü ilkin şərtlərin yerinə yetirilməsi ABŞ-ın mövqeyində dəyişiklik olduğunu göstərəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqları Tehranın Vaşinqtonla razılığa gəlməsi üçün “son şans” adlandırmışdı. O həmçinin bildirmişdi ki, son anda ləğv edilən zərbə həyata keçirilsəydi, bu, İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi hücum olacaqdı.
Əliyar Xəlil
Globalinfo.az