huc

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdə yerləşən hərbi bazasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.

Bildirilib ki, Küveytin şimalında güclü partlayışlar baş verib, onların səsi hətta İraqın Bəsrə vilayətinə qədər eşidilib.

Hücumun həyata keçirilməsi üçün üç pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Məlumata əsasən, ən azı bir PUA hava hücumundan müdafiə sistemini keçərək hərbi obyektin ərazisində nəzərdə tutulan hədəfə çatıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: