fa82501b 7f24 4e5a 92f1 b96a91e77a9a

ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri Çinin yaxın beş il ərzində Tayvana qarşı hərbi əməliyyatlara başlayacağından ehtiyat edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqtonda keçirilən son müzakirələrdə Çinin bölgədə artan hərbi və siyasi fəallığı əsas mövzulardan olub.

Trampın müşavirlərindən biri bildirib ki, Çin lideri Si Cinpin sammit zamanı ABŞ-a açıq mesaj verib.

“Biz yüksələn güc deyilik. Biz sizinlə bərabərik. Tayvan isə mənimdir”, – müşavir Cinpinin mövqeyini bəyan edib.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir isə deyib ki, Ağ Ev Tayvan məsələsində status-kvonun qorunmasını və sabitliyin təmin olunmasını istəyir.

Tahir Turan
Globalinfo.az

Paylaş: