c1577c00 0bf7 4d6a a3bb bc19521f857a 1

Kürd müxalif qruplaşması PJAK İranın Kürdüstan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Qruplaşmanın yaydığı bəyanatda bildirilir ki, hücum bir kürd ailəsinin üç üzvünün həlak olmasına cavab olaraq təşkil edilib.

İran rəsmiləri hərbi bazaya hücumun baş verdiyini təsdiqləsələr də, hadisə ilə bağlı fərqli mövqe sərgiləyiblər.

Rəsmi açıqlamada mülki şəxslərin deyil, silahlı döyüşçülərin öldüyü iddia olunub.

Tahir Turan
Globalinfo.az

Paylaş: